Orta məktəblərdə 2 noyabr GÖZLƏNTİSİ: Dərslər tamamilə distant formaya keçirilir – VİDEO

Orta məktəblərdə 2 noyabr GÖZLƏNTİSİ: Dərslər tamamilə distant formaya keçirilir – VİDEObackend

Noyabrın 2-dən etibarən, ölkənin orta təhsil müəssisələrində tədrisin tamamilə distant formaya keçiriləcəyi haqda xəbərlər qeyri-müəyyənlik yaradıb.

Ölkədə yeni tədris ilində orta məktəblərdə dərslərin həm əyani, həm də distant formada keçirilməsi qərara alınıb. Lakin son günlərdə 95 şagird və 26 təhsil işçisinin koronavirusa yoluxması əyani tədrisin dayandırılacağı haqda söz-söhbətləri intensivləşdirib.

Bu barədə Yenicag.az-a danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, yaranmış vəziyyətlə əlaqədar noyabrın 2-dən sonra məktəblərdə tədris distant formada həyata keçiriləcək.

Ekspert hesab edir ki, məktəblərdə yoluxma hallarının artması bu keçidi qaçılmaz zərurətə çevirib:

“Ənənəvi tədrislə bağlı orta məktəblərdə rəhbərliyin qaydalara riayət etməməsi və nəzarət mexanizminin düzgün işləməməsi yoluxma hallarının artmasına səbəb olub. Artıq Quba rayonu Qamqam kənd orta məktəbində də 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb və distant formaya keçilib.

Eyni zamanda Bakı şəhərində də bir neçə məktəblərdə virusa yoluxma halları qeydə alındığına görə əyani tədrisdən imtina edilib. Məlumdur ki, Nazirlər Kabinetinin tədrislə bağlı qəbul etdiyi qərar noyabrın 2-nə kimi qüvvədədir. Noyabrın 2-dən sonra bütün tədris prosesi distant formada həyata keçiriləcək”.

Distant təhsil formasının effektivliyi üçün atılması zəruri olan addımlara da toxunan Elçin Əfəndi hesab edir ki, mövcud şəraitdə informasiya texnologiyalarının çatışmazlığı üzündən ölkəmiz distant təhsilə hazırlıqlı deyil. Bu tədris formasının inkişafı üçün aidiyyatı qurumlar daha məsuliyyətli davranmalıdırlar:

“Təəssüf ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi distant tədrisin effektivliyinə şərait yaradacaq addımlar atmır. İndiki durumda bütün bölgələr sürətli internetlə təmin olunmalı və vətəndaşlar internetə problemsiz çıxışı imkanı qazanmalıdırlar. Bununla yanaşı, Təhsil Nazirliyinin həyata keçirdiyi teledərslər də bütün sinifləri əhatə etməlidir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki