Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 609 $▼0.19%
  • Ethereum2 224 $▼0.55%
  • S&P 5007 377▲0.27%
11°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin dövlət qulluqçuları üçün təlim təşkil edilib.

Onlayn formada reallaşdırılan tədbir 2024-cü ilin 23 avqust tarixində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.

Təlim “ASAN xidmət” mərkəzlərində həyata keçirilən yeniliklərə, o cümlədən dövlət xidmətlərinin çatdırılması sahəsində tətbiq olunan innovativ həllərə həsr olunub.

Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində keyfiyyətli idarəetmə sistemlərinin tətbiqi və vətəndaş məmnunluğunun artırılması sahəsində Azərbaycan təcrübəsinin Özbəkistan tərəfi ilə paylaşılmasıdır.

Dövlət Agentliyinin müvafiq şöbələri tərəfindən iştirakçılara xidmətlərin standartlaşması, bu istiqamətdə biznes proseslərin idarə olunması və data analitika kimi sahələrdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Sonra Özbəkistan tərəfinin sualları cavablandırılıb.

Xatırladaq ki, 2019-cu ilin 4 oktyabr tarixində tərəflər arasında Özbəkistan Respublikasında Dövlət Xidmətləri mərkəzlərinin təkmilləşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=157698