Özəlləşdirmə çekləri və aldadılan vətəndaşlar

image-1640159709_img-20211222-wa0019backend

Qeyd edək ki, özəlləşdirmə çekləri 1996-cı ildə  tarixi sosial ədaləti təmin etmək üçün ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Özəlləşdirmə çeklərinin hər birinin dəyəri eynidir və özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır. Əmlak Məsələləri Dövlət Komitəsinin 12 dekabr 1997-ci il 222 nömrəli, bu gündə qüvvədə olan əmrinə əsasən,  bir özəlləşdirmə payı hələ 1997-ci ildə ən azı 2000 ABŞ dolları hesablanıb və qanunla əmlak payı kimi infliyasiyadan qorunur.

Özəlləşdirmə çekləri və  aldadılan vətəndaşlar

Mövzu ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu Azadmedia.az-a açıqlamasında bildirib ki, aldadılan vətəndaşların hüquqlarının bərpa edilməsi zəruridir:
“Özəlləşdirmə çekləri paylananda bizim də ailəmizə dörd dənə vermişdilər. O vaxtı insanlar bu çeklərə bir ümid kimi baxırdılar və düşünürdülər ki, özəlləşdirmə prosesində rahat iştirak edəcəklər. Ona görə də çeklər paylananda insanlarda ruh yüksəkliyi var idi. Vətəndaşlar müstəqil dövlətimizin mülkləri üzərində bir  sahibkarlıq hüququ qazandıqlarını hesab edirdilər. Təəssüf ki, müəyyən müddətdən sonra özəlləşdirmə çekləri ilə bağlı xeyli sayda fırıldaqlar yaşandı. Bu tendensiya insanlara çox pis psixoloji təsir etdi. İnsanlar gəlir əldə edəcəyi hansısa mülkdə pay sahibi olacaqlarını düşünsələr də, əslində müəyyən şəxslər tərəfindən aldadıldılar. Nəticədə dövlətə qarşı da xoşagəlməz yanaşma yarandı. Özəlləşdirmə çeklərindən sui-istifadə edilməsi fonunda çek sahibləri bunu çox ucuz qiymətə satdılar.

Mövcud vəziyyətdə əlində çekləri qalan şəxslərin dövlətə inamını bərpa etmək üçün kompleks tədbirlər görülməlidir. Çünki o vaxtı səbəbindən asılı olmayaraq, insanlar açıq şəkildə aldadıldı. Bu sui-istifadə halının altından çıxmaq vacibdir. Ona görə də çeklər ya yenidən tədavülə buraxılmalıdır, ya da vətəndaşlara sahib olduqları çekin sayı müqabilində kompensasiya ödənilməlidir. Ən başlıcası, prosesə mütəxəssislər cəlb edilməlidir. Çekin dəyəri müəyyənləşəndən sonra kompensasiya verilməli və ya vətəndaşların özəlləşdirmə prosesində iştirakına şərait yaradılmalıdır”.

Qeyd edək ki, əlində özəlləşdirmə çekləri qalan vətəndaşların Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Nazirlər Kabineti və Prezident Aparatına ünvanladığı AÇIQ MƏKTUBla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/permalink/1495607760802196/

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90