Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 1697-yə yüksəlib

image-pakistan-muson-afp-1884211_2backend

 Pakistanda 14 İyundan bu günə qədər musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1 697-yə çatıb.

Busaat.az xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakət İdarəsi Agentliyi (NDMA) məlumat yayıb.

Məlumata görə, 14 İyun tarixindən bu günə qədər musson yağışları nəticəsində 631 uşaq, 340 qadın olmaqla 1 697 nəfər ölüb, 12 867 nəfər yaralanıb. Yağışlar nəticəsində 2 milyondan çox evə ziyan dəyib, 1 milyon 163 mindən çox təsərrüfat heyvanı məhv olub.

Qeyd edək ki, sel nəticəsində 13 min 97 km yol və 440 körpü dağılıb, 33,4 milyon insan təbii fəlakətdən əziyyət çəkib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90