Pakistanda məhkəmə 2022-ci ilin avqustunda qadın hakimi təhdid etdiyi üçün mühakimə olunduğu işin dinləmələrində iştirak etməyən keçmiş baş nazir İmran Xanın həbsinə order verib.
Busaat.az xəbər verir ki, Pakistanın milli mətbuatında yer alan xəbərə görə, İmran Xanın ilk məhkəməsi 2022-ci ilin avqustunda paytaxt İslamabadda qadın hakimi təhdid etdiyi üçün keçirilib.
Məhkəmə keçmiş baş nazir Xanın iclasa qatılmaması səbəbi ilə həbs qərarı çıxarıb.
Polisin Lahorun Zaman Parkı rayonunda yaşayan Xanı həbs edib-etməyəcəyi hələ də dəqiq deyil.
Qeyd edək ki, Xan əleyhinə 90-dan çox iş var.
10 aprel 2022-ci ildə Pakistan parlamentində keçirilən etimad səsverməsində İmran Xan hökuməti 174 “yox” səsi ilə iqtidardan düşüb.
Aprelin 11-də ölkənin Milli Məclisində keçirilən seçkidə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.