“Pambıq sevdası ölkədə heyvandarlığa ağır zərbə vurub” – Natiq Cəfərli

“Pambıq sevdası ölkədə heyvandarlığa ağır zərbə vurub” – Natiq Cəfərlibackend

“Pandemiya və karantin rejiminə baxmayaraq, ət idxalı artıb”.

Busaat.az xəbər verir ki, bunu ölkəmizdə ət idxalının artımına münasibət bildirən iqtisadçı Natiq Cəfərli bildirib.

Natiq Cəfərliyə görə, pandemiya dönəmində ət istehlakında ciddi düşmə və ət qiymətlərində ucuzlaşma gözlənilən olsa da, əksi yaşanıb:

“Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 40,4 milyon dollar dəyərində 22,6 min ton ət idxal edib, bu 2019-cu ilin eyni ayları ilə müqayisədə 11 milyon dollar (37,5%) və 2,3 min ton (11,2%) çoxdur. Yəni, pandemiya və karantin rejiminə baxmayaraq ət idxalı artıb. Halbuki martdan ölkəyə turist gəlmir, kafe-restoranlar bağlı, şadlıq evlərində toylar ləğv edilib, yas mərasimləri keçirilmir. Belə olan halda ət istehlakında ciddi düşmə olmalı, nəticədə isə ət qiymətləri də enməli idi.

Hökumətin pambıq sevdası ölkədə heyvandarlığa ağır zərbə vurub, ənənəvi heyvandarlıq rayonlarına zorla pambıq əkdirdilər, örüş yerləri, yem əkin sahələri texniki bitkilərə ayrıldı. Nəticədə ölkədə həm ciddi su problemi yaşanır, həm əkin yerlərinə su çatmır, həm də heyvandarlığın yem bazası azaldı, yem qiymətləri artdı və ətin qiymətlərinə təsir göstərdi. Bizim ənənəvi heyvandarlıq bölgələrəmiz olsa da, pambıq sevdasına düşmək məntiqsizlikdir”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90