Paşinyan Praqaya yola düşdü

image-pasinyannbackend

Ermənistanın Baş naziri Nikol Paşinyan Praqa şəhərinə yola düşüb.

Busaat.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan açıqlayıb.

Bildirilir ki, Paşinyan yola düşdüyündən hökumətin iclasına o başçılıq edəcək.

Xatırladaq ki, N. Paşinyan Praqada Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək. Sammit çərçivəsində Azərbaycan, Fransa, Ermənistan liderləri və Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90