Paşinyandan SENSASİON AÇIQLAMA: “Erməni soyqırımı”nın tanınması heç vaxt ilkin şərt olmayıb

image-pasinyanbackend

“Türkiyə ilə  münasibətlərin normallaşdırılması üzrə danışıqlar uğurla nəticələnərsə, Rəcəb Tayyib Ərdoğanla görüş mümkün olacaq”.

Busaat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında bildirib.

“Görüşlə bağlı heç bir razılıq və ya ideya yoxdur. Amma danışıqlar prosesi uğurlu olarsa və proses bu həddə çatarsa, təbii ki, yüksək və sammit səviyyəsində görüşlər geçirəcəyik”, – Paşinyan bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistan Türkiyə tərəfindən erməni soyqırımının tanınmasının Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün ilkin şərt olduğunu heç vaxt bəyan etməyib.

“ “Erməni soyqırımı”  bizim qonşularla yaranan problemimizin kökündə dayanan məsələdir. İlkin şərtsiz nizamlanmaya hazırıq, bu o deməkdir ki, soyqırımın tanınması heç vaxt ilkin şərt olmayıb”, – Paşinyan bildirib.

O, erməni soyqırımının beynəlxalq aləmdə tanınmasının Ermənistan hökumətinin gündəmində qaldığını təsdiqləyib.

Alp.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90