Paytaxtda heroin və digər narkotiklər aşkarlanaraq iki nəfər həbs olundu

image-13jpg-1749566799backend

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, paytaxtın Suraxanı və Nərimanov rayonları ərazisində həyata keçirilən tədbirlər zamanı 26 yaşlı Z.Şıxalızadə və əvvəllər məhkum olunmuş 49 yaşlı X.Bayramov şübhəli şəxs qismində saxlanılıblar. Onlardan ümumi çəkisi iki kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki