Pediatriya Mərkəzinin direktoru Erkin Rəhimov oldu

image-erkinbackend

Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Rəhimov Erkin Xəyyam oğlu təyin olunub.

Busaat.az xəbər verir ki, E.Rəhimov 2012-2014-cü illərdə “İstanbul Memorial Hizmet” Xəstəxanasında Neonatologiya şöbəsinin rəhbəri olaraq fəaliyyət göstərib. 2014-cü ildən hazırkı təyinatınadək “Baku Medical Plaza”nın Pediatriya şöbəsinin müdiridir.

E.Rəhimov eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-ekspertidir.

Xatırladaq ki, Mərkəzin əvvəlki direktoru Azər Əhmədov ötən gün vəzifəsindən azad olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki