“Avstraliya İsrail və Livan şiə təşkilatı Hizbullah arasında hərbi əməliyyatlara son qoyacaq atəşkəs razılaşmasını alqışlayır”.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avstraliyanın xarici işlər naziri Penni Vonq deyib.
Onun sözlərinə görə, bu razılaşma insanların əzabını azaltmaq və İsrailin Livan sərhədinin hər iki tərəfindəki köçkünlərin evlərinə qayıtmasını təmin etmək üçün mühüm addımdır:
“Kanberra Livanda atəşkəs tərəfdarı olan beynəlxalq koalisiyanın bir hissəsi olmaqla, vasitəçilərin səylərini yüksək qiymətləndirir və bütün tərəfləri atəşkəs razılaşmasının şərtlərinə ciddi şəkildə əməl etməyə çağırır”.