“Dəyərli həmvətənlərim, poliklinikalardan verilən gərəksiz “dərman” paketini pulsuzdur deyə alıb qəbul etməyin”.
Bu barədə tanınmış pulmonoloq Həsən Həsənzadə açıqlama verib.
“COVİD -19″-un müalicəsində bunların heç bir əhəmiyyəti yoxdur. Şikayətiniz yoxdursa, testinizin pozitiv çıxmasına baxmayaraq,bol maye ( hər kəs deyil!!!), aktiv hərəkət və təmiz hava qəbul etməyiniz daha uyğundur”.