Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft95.19 $▲1.23%
  • WTI neft88.07 $▲0.93%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.954 $▲0.34%
  • Qızıl4 133 $▼0.10%
  • Gümüş52.62 $▼0.90%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda600.50 ¢▼0.04%
  • Bitcoin80 454 $▲0.03%
  • Ethereum2 419 $▼0.13%
  • S&P 5007 689▲1.59%
19°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Dünya

Polşa Almaniyanı daxili işlərinə qarışmaq cəhdində ittiham etdi

image-polsa
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniyanı ölkəsinin daxili işlərinə qarışmaq cəhdində ittiham edib.

Busaat.az-ın məlumatına görə, nazir bu barədə özünün sosaial media hesabında yazıb.

Belə ki, Almaniya kansleri Olaf Şolz Varşava administrasiyasının Polşanın Afrika və Asiyadakı konsulluqlarında qeyri-qanuni viza verilməsi ilə bağlı iddialara aydınlıq gətirməli olduğunu deyib.

Yazısında Almaniyanı tənqid edən Rau Şolzun bəyanatının dövlətlərin suveren bərabərliyi prinsipini pozduğunu bildirib.

“Almaniya kanslerinin səlahiyyətinin Polşada davam edən proseslərlə əlaqəli olmadığı aydındır. Bu mənada verilən açıqlamalar Polşanın daxili işlərinə müdaxilə cəhdinə və ölkədə davam edən seçki kampaniyasına işarə edir”, – Rau yazıb.

Almaniyanın yaxşı münasibətlər üçün Polşanın suverenliyinə hörmət etməsi lazım olduğunu vurğulayan Rau, “Almaniya kanslerini ikitərəfli əlaqələrimizə zərər verəcək açıqlamalardan qaçmağa dəvət edirəm”, – qeyd edib.

Xatırladaq ki, sentyabrın 15-də Polşada giriş vizalarının verilməsində qanun pozuntuları ilə bağlı iddialar gündəmə gəlib və xarici işlər nazirinin müavini Piotr Vavrşik vəzifəsindən uzaqlaşdırılıb.

Polşa Xarici İşlər Nazirliyi ölkənin bütün konsulluq nümayəndəliklərində xüsusi yoxlamaların aparılacağını açıqlayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=123120