Dünyaca məşhur Pornhub portalı seksual baxımdan maarifləndirici “Sex Ed.” adlı seriala start verib.
Qeyd etmək lazımdır ki, 11 hissədən serialda pornoaktyorlar yerinə, seks-terapevtlər, alimlər və psixoloqlar yer alır.
Onlar qorucuların necə istifadə edilməsi, masturbasiya, həmçinin qadın və kişi bədənlərini xüsusiyyətlərindən söhbət aparacaqlar.
İlk epizod ünsiyyətə və dialoqa həsr edilib. “Hər bir kəs sərhədlərinə hörmət edilməsinə layiqdir. Sekslə məğul olmaq istəyirsinizsə, bu barədə nə deyəcəyinizi bilməlisiniz”, – deyə seksopatoloq Ket Meyers qeyd edir.
Seriyalardan birində söhbət pandemiya zamanı cinsi əlaqədən gedəcək. Mütəxəssisin iddiasına görə, aparılan tədqiqatlar koronavirusa həmçinin spermada rast gəlindiyini təsbit edib.
Seriyalar mütəmadi olaraq portalın ayırca səhfəsində dərc ediləcək. Serialın müəllifləri izləyicilərə “müxtəlif mütəxəssislərdən, həkimlərdən və liderlərdən alınan aktual və vacib məlumat” vermək istədiklərini bildiriblər.Gent.az