“Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə təbrik edirəm”.
Busaat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib ki, Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir: “Siz artıq qaçqın deyilsiniz. Ağdam əhalinin sayına görə işğaldan azad edilənlər arasında ən böyüyü idi. Rayon işğal edilərkən əhalisi 143 min idi, indi Ağdamın əhalisinin sayı 204 mindir. Rayonun 70 faizi işğal edilmişdi”