Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.85 $▲0.01%
  • WTI neft102.17 $▲0.82%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.019 $▼1.47%
  • Qızıl4 055 $▼0.03%
  • Gümüş53.68 $▼0.79%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda601.25 ¢▼1.68%
  • Bitcoin81 086 $▼0.20%
  • Ethereum2 353 $▼0.18%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8987
  • 100 RUB2.1036
  • GBP2.2674
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6549
  • 100 KZT0.3760
  • UAH0.0372
  • 100 JPY1.0788
  • CHF2.0540
  • USD1.7000
  • EUR1.8987
  • 100 RUB2.1036
  • GBP2.2674
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6549
  • 100 KZT0.3760
  • UAH0.0372
  • 100 JPY1.0788
  • CHF2.0540
İlham Əliyev

Prezident Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqlədi

image-vp43thl0ed3xvstazxs2zzfakrulkleo5nxi6y6e_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib.

Busaat.az xəbər verir ki, söhbət “Milli Məclis deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlardan gedir.

Sözügedən dəyişikliklər paketinin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi daxilolmalarının və büdcə gəlirlərinin tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və kölgə iqtisadiyyatına qarşı mübarizədir.

“Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliklər isə sahibkarların sosial sığorta yükünün optimallaşdırılması, Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılmasını əhatə edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178482