“Prius” ağır qəza törətdi, 9 yaşlı uşaq öldü

image-1685081300_prius-1backend

Dünən Abşeron rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Busaat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ruslan Kotusenko idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Hökməli-Qobu yolunda hərəkətdə olarkən qəza törədib.

Avtomobil idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə avtomobildə sərnişin olan 2014-cü il təvəllüdlü Allahverdi Fətullayev ağır xəsarətlər alıb. O, Akademik Mirqasımov adına Respublika xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90