PUA-larla yanacaq daşıyan gəmilər bombalandı – Paytaxtda həyəcan verildi

image-1428375backend

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi sahillərində yanacaq daşıyan 3 tankerdə partlayış baş verib.

Busaat.az Röyters agentliyinə istinadən xəbər verir ki, partlayışdan sonra güclü yanğın başlayıb. Polisin ehtimalına görə, tankerlər PUA-larla vurulub. Musaffa və Əbu-Dabi Beynəlxalq hava limanı ətrafında dron hissələrinin tapılması da bu ehtimalı gücləndirir. Hadisələrə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Hadisədən sonra Əbu-Dabidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Lakin hadisə ərəfəsində Yəməndəki Husi üsyançıların Birləşmiş Ərəb Əmirliklərinə hücum təşkil etdiklərini açıqlayıb. Onlar hücumun detalları barədə məlumat verməyiblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90