Putin Belarusa səfər edəcək – GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR

image-putinn-1backend

Rusiya prezidenti Vladimir Putin dekabrın 19-da Minskə işgüzar səfər edəcək və Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Belarus prezidentinin mətbuat xidməti yayıb.

Məlumata görə, iki lider təhlükəsizlik məsələlərini müzakirə edəcək, regionda və dünyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, yaranan təhlükələrə qarşı birgə cavab tədbirlərini müzakirə edəcək.

Putin və Lukaşenko ortaq proqramların həyata keçirilməsi, ticarət-iqtisadi əməkdaşlıq və idxalın əvəzlənməsi məsələlərini ətraflı müzakirə edəcəklər. Enerji sektorunda qarşılıqlı əlaqə mühüm mövzu olacaq.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki