Putindən Ukraynaya: “Bu, heç vaxt baş verməyəcək”

image-putinbackend

“Ukrayna administrasiyası Rusiya ilə danışıqlar masasına oturmaq üçün rus qoşunlarının geri çəkilməsini istəyir. Bu, mümkün deyil”.

Busaat.az “Qazeta”ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Ukraynanın Xarkov istiqamətində Rusiya qüvvələrinə hücum etməyə hazırlaşdığına dair iddiaları dəyərləndirən Putin ABŞ və Avropanın Ukrayna administrasiyasını buna sövq etdiyini bildirib.

“Rusiya ordusu hər zaman bütün hadisələrə hazırdır. Rusiya ərazisinə hücumların qarşısını almaq üçün Xarkov vilayətində təhlükəsiz bölgə yaradılıb, lakin Xarkov şəhərinə yaxınlaşmaq fikrində deyilik”. – deyə Putin qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki