Putindən Ukraynaya hücum mesajı: “Çox səs-küy var”

image-putin1backend

Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlar etdiyini təsdiqləyib.

Busaat.az xəbər verir ki, mövzu ilə bağlı danışan Putin deyib:

“Ukrayna infrastruktura hücum etdiyimiz ilə bağlı “çox səs-küy” var. Bəli, bunu edirik”.

Rusiya Prezidenti Vladimir Putin Kreml Sarayında keçirilən Vətənpərvər Qəhrəmanlar Günü proqramı çərçivəsində medallarla təltif olunan rus əsgərləri ilə görüşüb.

Rusiyanın Ukraynaya raket hücumlarına toxunan Vladimir Putin, “Qonşu ölkənin enerji infrastrukturuna hücumlarımızla bağlı çox səs-küy var. Bəli, bunu edirik” – deyə, etiraf edib.

Sözügedən hücumları Ukrayna ordusunun Rusiyaya qarşı hərəkətlərinə cavab olaraq başladıqlarına diqqət çəkən Putin, “Amma ilk kim başladı? Krım körpüsünə kim hücum etdi? Kurskdakı AES-in elektrik xətlərini kim vurdu? Donetskə su verməmək kimin qəbul etdiyi qərardır? Su verməmək soyqırımıdır. Heç kim heç yerdə bu barədə bir söz deməyib.Tam susublar. Biz hərəkətə keçəndə və cavab olaraq bir şey edəndə kainatın hər yerindən səs-küy yaranır” – deyə, Putin açıqlama verib.

Rusiya ordusunun Ukraynadakı hərbi məqsədlərini yerinə yetirməsinə heç kimin mane olmayacağını bildirən Putin əlavə edib: “Saxta xəbərlər bir tərəfdə qalmalıdır. Xalq qarşısında borcumuzu yerinə yetirməyimizə mane olmamalıdırlar”.

“Vətən hər şeydən əvvəl insanlardır. Biz bunu həmişə yadda saxlamalıyıq. Biz hər şeyi xalqımız və onların etimadı üçün edirik” – deyə, Putin bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90