Putinə hücum etməmişik – Zelenski

image-zelenskiy-reuters-1962841_2backend

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Kremldəki iqamətgahına gecə saatlarında PUA-larla hücum etməyə cəhd etdiklərinə dair iddiaları yalanlayıb.

Busaat.az xəbər verir ki, Zeleniski deyib:

“Biz Putinə və ya Moskvaya hücum etmirik. Biz öz bölgəmizdə döyüşürük. Kəndlərimizi və şəhərlərimizi müdafiə edirik. Biz Putinə hücum etməmişik. Biz işi məhkəməyə buraxdıq”.

Ukrayna Prezidenti Zelenski Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Nordic-Ukrayna Sammitindən sonra İsveçin baş naziri Ulf Kristersson, Norveçin baş naziri Jonas Qahr Store, Danimarkanın baş naziri Mette Frederiksen və İslandiyanın baş naziri Katrin Yakobsdottir ilə mətbuat konfransı keçirib.

Zelenski Finlandiyanı NATO-ya üzv olması münasibətilə təbrik edib və Skandinaviya ölkələrinin liderlərinə Kiyevə göstərdikləri dəstəyə görə bir-bir təşəkkür edib.

Zelenski Finlandiyadan Rusiyaya mesajının olub-olmaması ilə bağlı suala belə cavab verib: “Biz yalnız ölkəmizin yaşaması və vətəndaşlarımızın gələcəyi üçün mübarizə aparırıq. Rusiya vətəndaşları ilə və Rusiyanın özündə nə baş verməsinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Biz Ukraynadakı insanlar haqqında düşünürük. Mənim Rusiyaya mesajım yoxdur”.

Zelenski bəyan edib ki, Ukrayna torpaqları Rusiya işğalından tamamilə azad edilənə qədər Kiyev dəstəklənməlidir və bu gün görüşdüyü liderlər də buna hazırdır.

Rusiyaya beynəlxalq hüquqla tanınan dövlət sərhədlərinə hörmətlə yanaşmağın öyrədilməsi lazım olduğunu vurğulayan Zelenski, “Bunu indi etmək həmişəlik etmək deməkdir”, – deyib.

Zelenski Putinin Kremldəki iqamətgahına gecə saatlarında dronlarla hücuma cəhd etdikləri ilə bağlı iddiaları rədd edərək bildirib: “Biz Putinə və ya Moskvaya hücum etmirik. Biz öz ərazimizdə döyüşürük. Kəndlərimizi, şəhərlərimizi müdafiə edirik. Biz Putinə hücum etməmişik, işi məhkəməyə buraxmışıq”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90