Putini necə devirmək olar? – Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabitindən AÇIQLAMA

image-president-putin-holds-russian-military-industrial-commission-meetingbackend
Rusiyada prezident Vladimir Putinin hakimiyyətdən uzaqlaşdırılması Ukraynadakı hərbi məğlubiyyət nəticəsində baş verə bilər.
Busaat.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu fikri Rusiya Dövlət Dumasının keçmiş deputatı, istefada olan Federal Təhlükəsizlik Xidmətinin polkovniki Gennadi Qudkov deyib.
Rusiyanın “de-Putinləşdirilməsi”nin necə həyata keçiriləcəyi ilə bağlı suala Qudkov belə cavab verib:

 

“Putini hakimiyyətdə saxlamaq olmaz. Necə? Hərbi məğlubiyyətlə. Putin – Akelladır, səhv edib. Putin artıq maço deyil, axsaq ördəkdir və s. O zaman elitalar fikirləşəcəklər ki, onu necə uzaqlaşdırsınlar, o zaman Putinizmə son qoyulacaq”.
Dövlət Dumasının keçmiş deputatı əlavə edib ki, Rusiyada “de-putinizasiya” ilə yanaşı, “deidiotizasiya” da həyata keçirilməli olacaq.

Çünki onun sözlərinə görə, “Putin insanları aldatmaq, onları planetin ən iyrənc əməllərini dəstəkləyən tam axmaqlara çevirmək üçün konveyer işə salmağı bacarıb”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90