Rusiyalı kosmonavtlar Aleksandr Skvortsov və Oleq Skripoçka RF Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətini Beynəlxalq Kosmik Stansiyadan izləyib.
Bu barədə Life.ru məlumat yayıb.
Bildirilir ki, dövlət başçısının müraciətinin yayımlanması “Roskosmos” Dövlət Korporasiyasının texniki dəstəyilə təşkil olunub.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 15-də Federal Məclisə müraciətlə çıxış edib.