Putinin qızı ilk dəfə müsahibə verdi – VİDEO

image-dszabackend

Rusiya Prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova ilk dəfə jurnalistlərə müsahibə verib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

Putinin illərdir gözdən uzaq saxlanılan 38 yaşlı qızı dekabrın 16-da müsahibə versə də, videomüsahibə iki gün öncə yutub kanalında yayımlanıb.

O, 42 dəqiqəlik müsahibəsində atası barədə heç nə danışmayaraq, özü və ailəsindən söz açıb:

“Həftədə ən azı bir neçə saatımı sağlam həyat tərzinə və idmana ayırıram. Gözəl olan hər şey mənim üçün ilham mənbəyidir. Rəsmlər, muzeylər, teatrlar, musiqi… ”.

Qeyd edək ki, Vorontsova Putinin keçmiş həyat yoldaşı Lüdmila Putinadan olan ikinci qızıdır. Vorontsova hollandiyalı iş adamı ilə evlidir. M. Vorontsova və bacısı Katerina Tixonova Rusiyanın Ukraynaya daxil olmasından sonra ABŞ və Avropanın qara siyahısına salınıb.Qafqazinfo

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90