Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.38 $▲0.49%
  • WTI neft102.54 $▲1.18%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.027 $▼1.21%
  • Qızıl4 050 $▼0.17%
  • Gümüş53.59 $▼0.96%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 094 $▲0.36%
  • Ethereum2 357 $▲0.43%
  • S&P 5007 732▲0.11%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Gündəm

“Qaçqınkom” rəsmisi: “Köçkün ailələri mənzil almaq üçün bu yola əl atır” - VİDEO

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən yeni mənzilə sahib olmaq üçün məcburi köçkünlər arasında həddindən artıq “süni” boşanmalar var.

Busaat.az-ın məlumatına görə, bunu İctimai Televiziyada yayımlanan “Pressinq” verilişində Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov bildirib.

O bildirib ki, məhkəmənin qərarı olduğu üçün bu halda nə isə etmək mümkün deyil:

“Məhkəmənin qərarının saxta olduğunu deyə bilmərik. Amma bilirik ki, bu, “süni” boşanmadır. Bunu bütün köçkün ailələrinə aid etmirəm. Amma bəziləri çalışırlar ki, bu yolla mənzil alsınlar. Hansısa köçkünün şəxsi evi var, amma öz adına deyil.

Evin həmin şəxsə aid olduğunu sübut etmək olmur. Dövlət Komitəsi üçün ən böyük problemi bu hallar yaradır. Təsəvvür edin ki, ata oğul ilə, oğul atası ilə, ana qızı ilə yola getmir və ayrı ev tələb edirlər”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=4229