Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 595 $▲0.76%
  • Ethereum1 796 $▲1.58%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

Qadın ona sataşan sürücünü videoya çəkdi, özü "işə düşdü" - TƏFƏRRÜAT

image-1492851
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Sumqayıtda marşrut avtobusu sürücüsünü şantaj edərək pul tələb etməkdə ittiham edilən 40 yaşlı Nübar Quliyeva (şərti) cinayət məsuliyyətinə cəlb edilib.

Busaat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılmış qadına hökm oxunub.

Araşdırmalar zamanı məlum olub ki, N.Quliyeva 19 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Sumqayıtda 7 saylı marşrut xətti üzrə fəaliyyət göstərən avtobusa minib. Yolda olarkən sürücü Qurban Aslanov (şərti) ona yaxın dayanmış sərnişin Nübarla tanış olmaq məqsədilə öz nömrəsini telefonunun ekranına yazaraq nümayiş etdirib. Bu zaman Nübar Quliyeva öz telefonu ilə sürücünün ona nömrə vermək istəməsini və mobil cihazın ekranına əlaqə nömrəsini yazmasını videoya çəkib.

Daha sonra N.Quliyeva çəkdiyi videonu sosial şəbəkə səhifəsində paylaşıb və bir neçə sayta göndərib. O, həmçinin Qurbana mesaj yazaraq ondan dövlət qurumlarına şikayət etdiyini bildirib və sürücünün ünvanına nalayiq ifadələr yazıb. N.Quliyeva əlavə olaraq sürücünün “WhatsApp” profilində yerləşdirdiyi övladlarının şəkillərini də götürərək fotonun üzərinə təhqiramiz sözlər yazıb.

Bundan sonra Qurban Nübarla əlaqə saxlayaraq yaydığı videonu silməsini xahiş edib. Həmçinin bir neçə digər şəxs də görüntüləri görərək Nübara yaydığı videonu silməsini bildiriblər. Lakin o, Qurbanın 500 manat pul verməsini tələb edib, əks təqdirdə onu biabır etməyə davam edəcəyini deyib.

Hadisə ilə bağlı polisə müraciət edildikdən sonra Nübar Quliyeva barəsində cinayət işi başlanılıb, istintaq müddəti üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Məhkəmənin 9 fevral tarixli hökmü ilə N.Quliyevaya 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=135039