Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft100.64 $▲7.53%
  • WTI neft92.19 $▲6.38%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.987 $▲1.88%
  • Qızıl4 053 $▼2.33%
  • Gümüş51.49 $▼3.02%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.50 ¢▼0.71%
  • Bitcoin75 702 $▼0.24%
  • Ethereum2 229 $▼0.19%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7011▲0.0003
  • EUR1.9102▲0.0082
  • 100 RUB2.0808▼0.0046
  • GBP2.2898▲0.0089
  • TRY0.0340
  • AED0.4632▲0.0001
  • CNY0.2546▲0.0001
  • GEL0.6552▲0.0004
  • 100 KZT0.3764▲0.0009
  • UAH0.0374▲0.0002
  • 100 JPY1.0741▼0.0014
  • CHF2.0813▲0.0050
  • USD1.7011▲0.0003
  • EUR1.9102▲0.0082
  • 100 RUB2.0808▼0.0046
  • GBP2.2898▲0.0089
  • TRY0.0340
  • AED0.4632▲0.0001
  • CNY0.2546▲0.0001
  • GEL0.6552▲0.0004
  • 100 KZT0.3764▲0.0009
  • UAH0.0374▲0.0002
  • 100 JPY1.0741▼0.0014
  • CHF2.0813▲0.0050
Media

“Qafqazinfo” 13 yaşıını qeyd edir

image-qafqazinfo-13-yasini-qeyd-edir
“Qafqazinfo” 13 yaşını qeyd edir
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün “Qafqazinfo” xəbər portalının yarandığı gündür.

16 avqust 2010-cu ildə fəaliyyətə başlayan sayt bu illər ərzində inkişaf edərək sıralarını genişləndirib. Vaxtilə bir neçə nəfərlə xəbər meydanına atılan “Qafqazinfo”nun hazırda 28 rəsmi əməkdaşı var. Bundan başqa, paytaxtdan kənar xəbərləri vətəndaşlara daha dəqiq çatdırmaq məqsədilə bölgə müxbirləri də işə cəlb olunub.

Sutkalıq rejimdə, 24 saat ərzində yenilənən xəbər portalı 3 növbəli sistemlə işləyir.

Gün ərzində sayta 100-dən çox xəbər qoyulur ki, bunlar müxtəlif sahələri əhatə edir. Ən çox oxunan xəbər saytlarından biri olan “Qafqazinfo” oxucusuna istər ölkədaxili, istərsə də dünya hadisələrindən anında xəbər tutmaq imkanı verir. Oxucularını tək-tək toplayan sayt 8 müxtəlif sahəni əhatə edən bölməsi ilə bütün sosial qruplara hədəflənib.

Daim yenilikləri dəstəkləyən “Qafqazinfo” sosial şəbəkələrdə də aktiv səhifələri ilə fəaliyyət göstərir. Xəbər portalını eyni zamanda İOS və android tipli telefonlar üçün yaradılan mobil tətbiqetmədən də izləyə bilərsiniz.

Şirkət ölkədə ƏDV ödəyicisi olan azsaylı media orqanlarından biridir.

Xəbəri əldə etmək üçün “Qafqazinfo”nu seçən hər bir oxucumuza etimada görə təşəkkür edir, bundan sonra da inamı doğrultmaq üçün çalışacağımızı bildiririk!

 




MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=118201