“Qarabağ” daha bir futbolçu ilə müqavilə imzaladı – FOTO

image-bedavibackend

“Qarabağ” daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

Busaat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi müdafiəçi Bədavi Hüseynovun sözləşməsinin müddətini 2 il uzadıb.

30 yaşlı oyunçu “köhlən atlar”ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, “Qarabağ” daha əvvəl kapitanı Maksim Medvedevlə 2 illik yeni müqavilə bağlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90