Məzmuna keç
  • Brent neft110.24 $▲0.66%
  • WTI neft101.38 $▲0.42%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.036 $▲1.71%
  • Qızıl4 026 $▲0.10%
  • Gümüş53.98 $▼0.35%
  • Pambıq79.19 ¢▼1.33%
  • Buğda615.50 ¢▼1.20%
  • Bitcoin79 875 $▼0.21%
  • Ethereum2 310 $▼0.73%
  • S&P 5007 677▲0.71%
16°Bakı
  • USD1.7006
  • EUR1.9041
  • 100 RUB2.1048
  • GBP2.2738
  • TRY0.0342
  • AED0.4631
  • CNY0.2547
  • GEL0.6547
  • 100 KZT0.3769
  • UAH0.0376
  • 100 JPY1.0844
  • CHF2.0626
  • USD1.7006
  • EUR1.9041
  • 100 RUB2.1048
  • GBP2.2738
  • TRY0.0342
  • AED0.4631
  • CNY0.2547
  • GEL0.6547
  • 100 KZT0.3769
  • UAH0.0376
  • 100 JPY1.0844
  • CHF2.0626
İdman

"Qarabağ" ilk transferini etdi

image-qarabagtransfer
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qarabağ”ın yay transfer pəncərəsində heyətinə qatacağı ilk futbolçu artıq müəyyənləşib.

Busaat.az xəbər verir ki, Kiprin “Omoniya” (Aradipu) klubunun şərəfini qoruyan fransalı vinger Jali Muaddib yeni mövsümdən Ağdam təmsilçisinin uğurları üçün tər tökəcək.

Bu keçidi rəsmən təsdiqləyən Nikosiya klubunun baş meneceri Giorqos İrakleus bildirib ki, 25 yaşlı futbolçu ilə Azərbaycan çempionu arasında tam razılıq əldə olunub.

Menecerin sözlərinə görə, Muaddib aylar öncə “Qarabağ”dan təklif alsa da, komandasına sadiqlik nümayiş etdirərək “Omoniya”nın liqada qalması üçün sona qədər mübarizə aparacağını vəd edib.

Cari mövsümdə Kipr klubunda 31 oyuna çıxaraq 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalan vingerin müqaviləsi yayda başa çatdığı üçün o, yeni komandasına azad agent statusu ilə qoşulacaq.

İrakleus həmçinin qeyd edib ki, müqavilədəki bəzi kiçik maliyyə bəndlərinə rəğmən, klub futbolçunun gedişinə mane olmayacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=183062