Avropa Liqasının Liqa mərhələsinin bu həftə gerçəkləşəcək startı ərəfəsində komandaların şansları açıqlanıb.
Busaat.az xəbər verir ki, beynəlxalq ekspertlər qrupu 36 iştirakçının 1/8 final və pley-offa vəsiqə ehtimallarını müəyyənləşdirib.
Azərbaycan çempionu “Qarabağ”ın da şansları bəlli olub. Qurban Qurbanovun yetirmələrinin birbaşa 1/8 finala yüksələcək 1-8-ci yerlərdən birini tutmaq ehtimalı çox aşağıdır – 13 faiz.
Ağdam klubunun pley-off şansı daha yüksək hesab olunur. Premyer Liqanın çempionu 21 faiz 9-16-cı, 26 faiz 17-24-cü yerlərdən birini tutacaq. Bir sözlə, pley-off ehtimalı 47 faizə bərabərdir.
“Qarabağ”ın ilk 24 yerdən heç birini tutmamaq ehtimalı isə 40 faizlə dəyərləndirilir. Bu, avrokubok mövsümünün bitmək təhlükəsinin nisbətən aşağı olması deməkdir.
1-8-ci yerlərə isə 9 real namizəd göstərilir. Bunlar “Roma”, “Tottenhem”, “Latsio”, “Porto”, “Ayntraxt”, “Reyncers”, “Ayaks”, “Sparta” və “Mançester Yunayted”dir.
Qeyd edək ki, Liqa mərhələsi sentyabrın 25-də start götürəcək. “Qarabağ” ertəsi gün “Tottenhem”in qonağı olacaq.İdman.biz