“Qarabağ”ın futbolçusu ağır zədə aldı

image-176197_zgadvjweiwbackend

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın futbolçusu Abbas Hüseynov zədələnib.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O, müdafiəçinin dizindən ciddi zədə aldığını bildirib: “Hazırda müayinələr davam edir. İndidən konket olaraq nə qədər oynamayacağını demək düzgün olmaz. Təkar müayinə olacaq. Bundan sonra nəsə söyləmək olar. Hələlik həkimlərin yekun rəyi yoxdur”.

Qeyd edək ki, Abbas Hüseynov bu mövsüm Ağdam klubunda ümumilikdə 21 oyuna çıxıb, 1 qol vurub və1 məhsuldar ötürmə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90