Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.03 $▲5.81%
  • WTI neft90.96 $▲4.96%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.956 $▲0.82%
  • Qızıl4 071 $▼1.91%
  • Gümüş51.68 $▼2.67%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda599.50 ¢▼0.04%
  • Bitcoin76 040 $▲0.21%
  • Ethereum2 236 $▲0.12%
  • S&P 5007 354▼4.36%
10°Bakı
  • USD1.7000
  • EUR1.9023
  • 100 RUB2.0943
  • GBP2.2794
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6552
  • 100 KZT0.3751
  • UAH0.0372
  • 100 JPY1.0767
  • CHF2.0776
  • USD1.7000
  • EUR1.9023
  • 100 RUB2.0943
  • GBP2.2794
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6552
  • 100 KZT0.3751
  • UAH0.0372
  • 100 JPY1.0767
  • CHF2.0776
Siyasət

"Qarabağ məsələsində xalq heç kimsəyə güzəştə getməyəcək" - Politoloq

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Artıq döyüşləri Ermənistanla sərhəddən Qarabağ cəbhəsinə yönəltmək lazımdır”.

Busaat.az xəbər verir ki, bunu ötən gündən etibarən cəbhə xəttində baş vdrən təxribata münasibət bildirən politoloq Natiq Miri bildirib.

Natiq Miriyə görə, Qarabağ hələ də cəmiyyətdə yeganə birləşdirici amil olaraq qalır:

“Şəhidlər başımızın tacıdır, onların qanı ilə torpaqlar sulandıqca, bu torpaqlar vətən və müqəddəs məkana çevrilir. Şəhidlər hər birimizin balasıdır, hər birimizin ağrısıdır. Bunu ictimai diqqət və reaksiyada da açıq sezmək olur. Bu fakt bir daha göstərir ki, Qarabağ hələ də cəmiyyətdə yeganə birləşdirici amil olaraq qalır və bu məsələdə xalq heç kimsəyə güzəştə getməyəcək. Bu, çox vacibdir.

Tovuzda baş verən hərbi toqquşmaya gəlincə, artıq döyüşləri Ermənistanla sərhəddən Qarabağ cəbhəsinə yönəltmək lazımdır. Çünki Qarabağ işğal olunmuş ərazilərdir və bu, bizə torpaqları azad etmək hüququ verir. Bunun üçün isə heç bir erməni təxribatına və bu kimi bəhanəyə ehtiyac yoxdur. Qarabağın işğalı ən böyük səbəb deyilmi? Yox, əgər Şoyqulardan, Putinlərdən yenə də telefon zəngi, hansısa barmaq işarəsi gözləyəcəyiksə, bax onda şəhidlərimizə, qanları ilə suladığı torpaqlarımıza və milli heysiyyətə yazıq olur”.

Gülay

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=12634