Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.02 $▲5.80%
  • WTI neft91.09 $▲5.11%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.943 $▲0.38%
  • Qızıl4 106 $▼1.06%
  • Gümüş52.02 $▼2.03%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda599.25 ¢▼0.08%
  • Bitcoin76 179 $▲0.39%
  • Ethereum2 240 $▲0.30%
  • S&P 5007 354▼4.36%
10°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Media

Qarabağ və Şərqi Zəngəzur gənclərinin məşğulluğuna dəstək veriləcək

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurda gənclərin məşğulluğuna dəsək” adlı maarifləndirici layihənin icrasına başlamışdır.
3 ay müddətində Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Laçın rayonlarında icra ediləcək layihənin əsas məqsədləri Qarabağ və Şərqi Zəngəzur gənclərinə bərabər məşğulluq imkanlarının yaradılması və onların effektiv karyera qurmaları üçün bilik, bacarıq, vərdiş və kriteriyaların aşılanması və iqtisadi regionda gənclərin məşğulluq və karyera inkişafı sahəsində maraq və ehtiyaclarının təmin olunması və fəaliyyət dairələrinin zənginləşməsi üçün şəraitin yaradılması və bölgənin inkişaf və quruculuq proseslərində gənclərin fəal iştirakına stimul yaratmaqdır.
Layihə çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda gənclərin məşğulluğuna dair real mənzərənin üzə çıxarılması üçün sorğuların keçirilməsi və hesabat hazırlanması, bölgə gənclərinin məşğulluğu və karyera inkişafı üzrə seminar və konsaltinq xidmətlərinin təşkil olunması, iqtisadi regionun inkişafında gənclərin davamlı fəal iştirakına dəstək üçün dayanıqlı fundamental təlim bazası, təklif və tövsiyyələrin tərtib olunması bölgə gənclərinin peşəkar fəaliyyəti üçün regiondakı biznes-sənaye, hökumət və digər qurumlarla səmərəli və işgüzar əməkdaşlığın qurulması nəzərdə tutulur.
Layihə müddətində mövzuya uyğun sosial media və şəbəkələrdə geniş təbliğat, məlumatlandırma və sosial aksiyaların və requlyar PR kampaniyalarının təşkili də həyata keçiriləcəkdir.
Layihə çərçivəsində Dövlət Məşğulluq Agentliyinin Qarabağ və Şərqi Zəngəzur filialları, Gənclər və İdman Nazirliyinin regional idarələri, yerli icra hakimiyyətləri və yerli QHT-lə tərəfdaşlıq qurulacaqdır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=163817