Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.20 $▼0.03%
  • WTI neft101.41 $▲0.03%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.030 $▼0.03%
  • Qızıl4 050 $▼0.04%
  • Gümüş53.23 $▲0.01%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda600.00 ¢▲0.08%
  • Bitcoin79 802 $▼1.78%
  • Ethereum2 307 $▼2.10%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Gündəm

“Qarabağ və Şərqi Zəngəzurda quruculuq mövzusunda Vikipediyada iş” layihəsi çərçivəsində Vikipediya təlimləri təşkil olunub - FOTOLAR

image-1-39-750x375
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

13-14 dekabr tarixlərində Sumqayıt şəhərində “Qarabağ və Şərqi Zəngəzurda quruculuq mövzusunda Vikipediyada iş” layihəsi çərçivəsində mədəniyyət işçiləri üçün nəzəri və praktiki hissələri əhatə edən Vikipediya təlimləri təşkil olunub. Məlumat üçün bildiririk ki, layihə “İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutub.

Tədbirdə İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzinin sədri Saleh Bağırov, Vikipediya üzrə inzibatçı Toğrul Rəhimli iştirak edib.

Saleh Bağırov öz çıxışında layihə iştirakçılarını salamlayıb. Vikipediyanın müasir dünyada informasiya resursu kimi əhəmiyyətini vurğulayıb. layihənin təşkili və məqsədləri haqqında fikirlərini bölüşüb. Təlimlərdə iştirakının bilik və bacarıqlarının inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb

Toğrul Rəhimli təlim zamanı iştirakçılara Vikipediyanın yaranma tarixi və onun dünya üzrə əhəmiyyəti haqqında geniş məlumat verib. O qeyd edib ki, Vikipediya yalnız bilik əldə etmək üçün platforma deyil, həm də istifadəçilərin biliklərini paylaşa biləcəyi və yeni məzmun yarada biləcəyi bir cəmiyyətdir. O bildirib ki, hazırda Vikipediyada yüz minlərlə könüllü müxtəlif dillərdə məqalələr yaradır, redaktə edir. Məqalə yaratma və redaktə prinsiplərinə toxunan Toğrul Rəhimli, layihə iştirakçılarına məqalələrin Vikipediyada necə yerləşdirilməsi, redaktə qaydalarını, mənbələrin etibarlılığı və neytrallıq siyasəti haqqında ətraflı məlumat verib və gənclərin bu platformada fəallıq göstərməsinin vacibliyini vurğulayıb.

Təlimlərin sonunda iştirakçılara Saleh Bağırov tərəfindən sertifikatlar təqdim edilib.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178024