Aktrisa Ülviyyə Xəlilbəyovanın aparıcılığı ilə yayımlanan “O üz” verilişi bu dəfə mərhum müğənni Rəhum Rəhimliyə həsr edilib.
Busaat.az olay-a istinadən bildirir ki, verilişdə R.Rəhimlinin yaxın dostları Xalq artisti Faiq Ağayev və aparıcı Lalə Əlimuxtarova onunla bağlı danışıblar.
“O üz” formatına uyğun olaraq proqramda qonaqlar Rəhim Rəhimlinin oxşarı ilə üz-üzə gəliblər. Həmin an mərhum sənətçinin dostları gözyaşlarını saxlaya bilməyiblər. F.Ağayev isə bir müddətlik çəkiliş meydançasını tərk edib.