“Qayınanam mənə əziyyət verirdi” – Fatimə

image-1709293740_sddefaultbackend

“Hamilə olanda qayınanam mənə əziyyət verirdi. Bunları unutmaram. Qutab bişirmişdi, qoxusundan şişdim. Mənə vermədi, oğluna verdi. Qızımın atası da qapını bağladı ki, anası görmədən məni yedizdirsin”.

Busaat.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Elgizlə izlə” proqramında deyib. Sənətçi keçmiş qayınanası ilə yaşadığı çətin günlərdən danışıb.

“16 yaşım var idi, ev işi bilmirdim. Mənə deyirdi evləri sil. Əvvəl taxta ilə təmizlətdirirdi, sonra deyirdi yox, əlinlə sil. Qızım dünyaya gələndə həyat yoldaşım başını divara vururdu ki, niyə hamının oğlu, mənə qızım doğulub? Qayınanam mənə zəng etdi ki, anangilə get. Həmin vaxt anam xaricdə idi, tək həmin evdə uşağa necə baxacağımı bilmirdim” deyə, Fatimə əlavə edib.

Qeyd edək ki, Fatimənin ilk evliliyindən bir qızı, ikinci nikahından isə bir oğul övladı var.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki