Nigar Camal ilə Mədəniyyət Gününə musiqili toxunuş

image-img_2357backend

Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub

Busaat.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində növbəti Beynəlxalq Mədəniyyət Gününə həsr olunmuş görüş keçirilib.
Mərdəkan Mədəniyyət Sarayında keçirilən görüşün qonağı Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal olub.
Görüşdə mədəniyyət işçiləri, Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin kursantları, Milli Aviasiya Akademiyasının tələbələri, sənətsevərlər, rayon sakinləri və ifaçının pərəstişkarları iştirak ediblər.

Aparıcı ilk olaraq Beynəlxalq Mədəniyyət Gününün tarixi haqqında məlumat verib və bu günün dünyanın bir çox ölkəsində qeyd olunduğunu bildirib.
Daha sonra alqışlarla müğənni Nigar Camal səhnəyə dəvət edilib.

Görüş əzində müğənni ona ünvanlanan sualları səmimiyyətlə cavablandırıb, yaradıcılıq yolundan, Eurovision təəssüratlarından və gələcək planlarından bəhs edib.
İfası və tamaşaçılarla qurduğu isti ünsiyyət tədbirə xüsusi rəng qatıb və iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

image-img_2275 image-img_2294 image-img_2298 image-img_2313 image-img_2326 image-img_2335 image-img_2346 image-img_2350 image-img_2357 image-img_2364 image-img_2373 image-img_2381 image-img_2385 image-img_2397


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki