Qazaxın azad olunan dörd kəndi ilə bağlı MÜHÜM XƏBƏR

image-img_4079backend

Qazax rayonunun işğaldan azad edilən Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb.

Busaat.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Qazax Rayon İcra Hakimiyyətindən məlumat verilib. Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı keçirilən görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.

Həmin kəndlər 2024-cü il mayın 24-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki