Qazaxıstan “Sputnik V” peyvəndinin istehsalına başladı

Qazaxıstan “Sputnik V”  peyvəndinin istehsalına başladıbackend

Qazaxıstan yeni koronavirusa (COVID-19) qarşı hazırlanmış “Sputnik V peyvəndinin istehsalına başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Askar Mamin bildirib. O, Karagandı Əczaçılıq Kompleksində rus vaksinin hazırlanmasına başladıqlarını vurğulayıb.

Açıqlamada peyvənd istehsalı ilə bağlı Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putinin müqavilə imzaladıqları bildirilib.

O, peyvəndin tətbiqinin gələn ilin fevralında başlayacağını qeyd edib: “Vaksin ilk öncə səhiyyə işçiləri, tələbələr, hüquq-mühafizə orqanlarının işçiləri və xroniki xəstəlikləri olan insanlara könüllü olaraq vurulacaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90