Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.54 $▼1.82%
  • WTI neft86.89 $▼1.64%
  • Avropa qazı (TTF)84.80 €▼6.76%
  • Təbii qaz (ABŞ)3.141 $▼0.54%
  • Qızıl3 889 $▲0.49%
  • Gümüş47.23 $▼0.20%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda587.50 ¢▲0.13%
  • Bitcoin64 813 $▼0.77%
  • Ethereum1 824 $▼0.57%
  • S&P 5007 474▼1.15%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Qənirə Paşayevanın əvəzinə bacısı səhnəyə çıxdı - VİDEO

image-bacisi77
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Əziz bacım, səhnəyə çıxıb sənin yerinə mükafat təqdim etmək necə çətindir. Niyə mənim üzərimə belə ağır bir məsuliyyət qoymusan? Yaşadıqca səninlə fəxr edəcəyəm. Sənin bacın kimi doğulmağım bu həyatda ən böyük şansımdır. Sən mənim tək bacım deyil, həm də ən böyük müəllimim və kumirim idin. Mən səndən çox şey öyrəndim. Hələ öyrənməli olduğum çox şey var idi. Hazırda məni xoşbəxt edən yeganə şey dünyanın hər yerindən insanların sonsuz sevgisi və hörmətidir. Onların işinə, əməllərinə, səylərinə verdiyi dəyərdir”.

Busaat.az olay.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva Türk Dünyası Jurnalistlər Federasiyasının təşkil etdiyi 8-ci Türk Dünyası Sənədli Film Festivalında deyib.

“Bu gün Türk Dünyası Jurnalistlər Federasiyasının təşkil etdiyi 8-ci Türk Dünyası Sənədli Filmlər Festivalında “Qənirə Paşayeva adına Türk Dünyası Onur Ödülü”nü qazaxıstanlı rejissor Nazgül Kenzhetaya təqdim etdim.

Əziz bacım, xalqın sevimlisi Qənirə Paşayeva, sən həmişə bizim qəlbimizdə olacaqsan. İnancınız, zəhmətiniz, əməyinizlə Türk Dünyasının igid qızı olaraq qəlbimizdə yaşayacaqsınız. Yaşasın türk qardaşlığı, yaşasın türk həmrəyliyi, yaşasın türk birliyi və həmrəyliyi…” – deyə K.Paşayeva bildirib.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=125697