Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼0.95%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 975 $▲0.29%
  • Ethereum2 239 $▲0.09%
  • S&P 5007 377▲0.27%
11°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071

Qərib Dadaşov Şükürbəylidə 14,5 milyonluq ev tikir – 93 mənzil…

image-tia_20e9199d34ef65dbe7e93cc7ce124473_agexzw6p2cnol8sjmy5k-640x336
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Cəbrayıl rayonunun Şükürbəyli kəndində 93 ədəd bir mərtəbəli fərdi yaşayış evi tikiləcək.

Busaat.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, layihəni “Tunel-Metro İnşaat” şirkəti həyata keçirəcək.

Şirkət Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. Fərdi evlərinin tikintisinə 14 562 668,45 manat xərclənəcək. Bu halda bir evin qiyməti 156 587 manata düşür. Ekspertlərin fikrincə, birmərətəbli ev üçün bu məbləğ kifayət qədər çoxdur. Yeri gəlmişkən, tikiləcək evlərin otaqlarının sayı barədə tenderin şərtlərində heç bir qeyd yoxdur.

Layihəni icra edəcək “Tunel-Metro İnşaat” MMC-yə gəlincə, şirkət 2001-ci ildə təsis edilib. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, MMC 2008-ci ilə qədər “Rəmzi-1” Kiçik Müəssisəsi adlanıb. 2008-ci ildə şirkətin adı dəyişdirilib.

Nizamnamə kapitalı 10 manat olan “Tunel-Metro İnşaat” MMC-nin qanuni təmsilçisi Seyfullayev Şövqi Xalid oğludur. Şirkətin təsisçisi isə Qərib Dadaşovdur. O, vaxtilə “Azərtunelmetrotikinti” ASC-nin Xüsusi Hidrotexniki İşlər İdarəsinin rəisi vəzifəsində işləyib. Sözegdən ASC dövlət şirkəti olub. 2014-cü ildə “Bakı Metropoliteni” QSC-nin tabeliyinə verilib.

Beləliklə, aydın olur ki, Qərib Dadaşov “Tunel-Metro İnşaat” şirkətini hələ vəzifədə işləyərkən təsis edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=150366