Qətnamə qəbul edildi: Putin və digər müharibə səbəbkarları mühakimə ediləcək

image-1663322625741backend

 Avropa Parlamenti (AP) Baş Assambleyasında Ukraynadakı son hadisələrlə bağlı səsverməyə çıxarılan qətnamə 26 əleyhinə, 36 bitərəf və 504 lehinə olmaqla qəbul edilib.

Busaat.az xəbər verir ki, qətnamədə Ukraynada keçirilən referendumlar “boş və etibarsız” hesab edilib.

Qətnamədə həmçinin, “Rusiyanın nüvə silahından istifadə ilə bağlı təhdidləri Avropa İttifaqını Ukraynaya əlavə yardımdan çəkindirə bilməyəcək”– deyə, qeyd edilib.

Eyni zamanda Ukraynaya qarşı təcavüzlə bağlı “ad hoc” beynəlxalq tribunalın yaradılması tələb edilib. Bu tribunalın yaradılmasında əsas məqsəd isə, Ukraynada müharibənin başlanması, planlaşdırılması və aparılmasında cavabdeh olan Rusiya Prezidenti Vladimir Putin və bütün Rusiya mülki və hərbi rəsmilərini mühakimə etməkdir.

Qərarda “Şimal axını” boru kəmərlərində baş verən partlayışlara da toxunulub və aşağıdakılar qeyd edilib: “Partlayışlar Rusiya yanacaqlarından asılılığı artırmaq siyasətinin nə qədər təhlükəli olduğunu və enerjidən silah kimi istifadənin yeni ölçüyə keçdiyini göstərir. Qərar üzv dövlətləri Avropanın kritik infrastrukturunun qorunmasına üstünlük verməyə, xarici təhlükələrə qarşı dirənişi artırmağa, Şərqi Avropa və Qərbi Balkanlardakı tərəfdaşların dayanıqlığını dəstəkləməyə çağırır”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90