Qəzada ölən alim sabah Bakıda dəfn olunacaq

image-1700130705_professor1backend

Noyabrın 15-i saat 23 radələrində avtomobil qəzası nəticəsində həlak olan alim Arif Acaloğlu sabah dəfn olunacaq.

Busaat.az “Report”a istinadən məlumat verir ki, mərhum sabah (noyabrın 17-də) Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Kəpənəkçi qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, noyabrın 15-i saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə A.Acaloğlunu vurub. Alim aldığı xəsarətlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki