İsrailin baş naziri Benyamin Netanyahu Qəzza müharibəsinin davam edəcəyini deyib.
Busaat.az bu barədə “Al Jazeera”ya istinadla xəbər verir.
Onun sözlərinə görə, HƏMAS-a qarşı intensiv döyüşlər mərhələsi başa çatır, lakin qruplaşma Qəzza zolağına nəzarəti dayandırana qədər müharibə dayanmayacaq.
Netanyahu bildirib ki, Qəzzada gərgin döyüşlər bitdikdən sonra bu, İsrailə Livandakı Hizbullah ilə cəbhəyə daha çox qüvvə yerləşdirməyə imkan verəcək.
Nərgiz Səlimova