“Bəşəriyyət qida və su uğrunda müharibələr aparacaq”.
Busaat.az xəbər verir ki, bunu Sinqapur kənd təsərrüfatı ticarət evinin icraçı direktoru Sunny Verghese deyib.
Onun sözlərinə görə, bu müharibələr neft üzərindəki münaqişələrdən daha böyük olacaq.
Bildirib ki, coğrafi gərginlik və iqlim dəyişikliyi dövlətləri ərzaq ehtiyatlarının azalması ilə bağlı münaqişəyə sövq edir.
Həmçinin qeyd edib ki, əlavə risklər hökumətlərin ölkələrinin ərzaq ehtiyatlarını qorumaq üçün qoyduğu ticarət maneələrindən qaynaqlanır ki, nəticədə inflyasiya artır.