Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin66 957 $▼1.86%
  • Ethereum1 896 $▼1.64%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

  Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6%-dir - Əli Əsədov

image-verg3ergsdjpg-1734336806
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Hökumət əhali qarşısında bütün sosial öhdəlikləri tam şəkildə yerinə yetirmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və gələcək iqtisadi artıma zəmin yaratmaq üçün bütün resurslarını səfərbər edir”.  

Busaat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov deyib.

Qeyd edib ki, büdcədən gözləntilər hər zaman çox yüksəkdir. Lakin qaldırılan bütün məsələlərin hamısı eyni zamanda və bir il ərzində həll edilə bilməz.

“Büdcə bizim imkanlarımızı əks etdirir. Gələn il büdcə imkanları çərçivəsində əsas vəzifələrin icrasının təmin edilməsi üçün əlimizdən gələni etməliyik.

Bildirmək istərdim ki, ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6%-dir (o cümlədən Naxçıvanda 100%). Bu göstəriciyə görə ölkəmiz MDB və digər qonşu ölkələri qabaqlayır”.

Nəzərə çatdırıb ki, yerdə qalan 3.4% abonentlərin təbii qazla təmin olunması üçün maliyyə imkanları çərçivəsində mərhələli şəkildə işlər görüləcəkdir.

“Hazırda bu istiqamətdə Hökumətin aidiyyəti qurumları yerli icra orqanları ilə müzakirələr aparır.

Eyni zamanda onu da qeyd edim ki, paralel olaraq “İşğaldan azad olunmuş ərazilərdə qazlaşdırılma layihəsi” də həyata keçirilməkdədir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156083