“Qırmızı şeytanlar”ın hücumçusu Qrinvud “Xetafe”yə keçib

image-meyson-qrinvudbackend

“Mançester Yunayted”in ingilis hücumçusu Meyson Qrinvud İspaniyanın “Xetafe” klubuna keçib.

Busaat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qrinvud 2023/2024 mövsümünün sonuna kimi “Xetafe”də icarə əsasında çıxış edəcək. 21 yaşlı Qrinvud “Mançester Yunayted”in məzunudur. Onun klubla müqaviləsi 2025-ci ilin iyununa qədərdir. Daha əvvəl “Mançester Yunayted” hücumçu ilə yollarını ayırmaq planlarını açıqladığı bir bəyanat yaymışdı. Qrinvud özü də “qırmızı şeytanlar” rəhbərliyinin bu qərarı ilə razılaşıb.

Xatırladaq ki, Qrinvud zorlama və hücuma cəhddə şübhəli bilinərək həbs olunduqdan sonra 18 aydan çox “Mançester Yunayted”də oynamayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki