Göyçayda qohumunun evindən 40 min manat dəyərində qızıl oğurlayan yeniyetmə saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Göyçay şəhər sakininin mənzilindən 40 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin yaxın qohumu olan bir yeniyetmə saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, həmin şəxs oğurluq yolu ilə ələ keçirdiklərini rayon ərazisində qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olan ayrı-ayrı mağazalara satıb, əldə etdiyi pulu isə müxtəlif əyləncələrə xərcləyib. Onun satdığı qızılların bir qismi həmin mağazalardan maddi sübut kimi götürülüb və istintaqa təqdim edilib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.