Türkiyədə qoyun sürüsünü zəhərləyiblər.
Busaat.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Muğlanın Milas rayonunda heyvandarlıqla məşğul olan Ərtoğrul Can Gezerin sürüsündəki 30 baş qoyun kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən zəhərlənərək öldürülüb.
Bildirilib ki, zəhərlənən qoyunların bir qismi baytar nəzarəti altında müalicə olunub.

